ABŞ Prezidenti Donald Trampın ictimai dəstəyi rekord səviyyədə aşağı düşüb.
Referans Media xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, amerikalıların yalnız üçdə biri prezidentin fəaliyyətini dəstəkləyir.
Sorğuda iştirak edənlərin cəmi 33 faizi Trampın hazırkı siyasi kursunu dəstəkləyib. Bu göstərici bir ay əvvəl 35 faiz təşkil edib.
Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasındakı dəstəyi də 72 faizə enib. Bu göstərici də onun üçün rekord dərəcədə aşağı nəticə hesab olunur.
