Denizlinin Merkezefendi rayonunda kafelərdən birində silahlı insident baş verdiyi iddia olunur.
Referans Media xəbər verir ki, hadisə Yenişehir məhəlləsindəki kafelərdən birində baş verib.
İlkin məlumatlara görə, silahlı insident nəticəsində 5 nəfər həyatını itirib, 9 nəfər isə yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.
Hazırda ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumatların rəsmi açıqlamadan sonra dəqiqləşdiriləcəyi gözlənilir./NOCOMMENT.az/
