Avropa Birliyi yanacaq qənaəti məqsədilə üzv ölkələrə vətəndaşların daha az səyahət etməsini tövsiyə edib.
Məlumata görə, AB Komissiyası Orta Şərqdəki hadisələrin enerji təchizatına təsirindən narahatdır və ölkələrdən nəqliyyatda enerji tələbatını azaltmaq üçün addımlar atmağı istəyir. Bu çərçivədə vətəndaşların daha az avtomobil istifadə etməsi və uçuşların azaldılması təşviq olunur.
Bildirilir ki, məqsəd yanacağın daha vacib sahələr üçün qorunması və mümkün enerji böhranına qarşı əvvəlcədən hazırlıq görülməsidir. Eyni zamanda, ölkələrə yanacaq istehlakını artıran və enerji bazarına mənfi təsir edən addımlardan çəkinmək tövsiyə olunub.
Qeyd edək ki, AB ölkələrinin enerji nazirləri məsələ ilə bağlı müzakirələr aparmaq üçün videokonfrans keçirəcək.
