Hadisə 10-05-2026 11:40 Ayağı dəmir barmaqlıqların arasında qaldı, FHN xilas etdi Suraxanı rayonu, MİDA 2 yaşayış kompleksinin ərazisində yeniyetmənin ayağı söhbətgahın dəmir barmaqlıqları arasında sıxışıb və çıxara bilməyib. Referans Media xəbər verir ki, bununla bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Əraziyə cəlb edilən xilasedicilər tərəfindən xilasetmə avadanlıqları tətbiq edilməklə vətəndaşın ayağı çıxarılıb. Bizim Instagram kanalımıza abunə olun