image-manat-1321-900x600backend

Azərbaycan manatı İranda kəskin bahalaşdı

Bu gün günorta saatlarında İranın azad bazarında 1 ABŞ dolları 139 min 650, 1 avro 163 min 100 tümənə satılıb.

 

Referans Media  xəbər verir ki, bu haqda Tehran azad bazarındakı mənbələr məlumat yayıb.

 

Azərbaycan manatının da bahalaşıb və 1 AZN 82 min tüməndən baha olub.

 

Qeyd edək ki, İranda milli falyutanın dollar qarşısında son kəskin ucuzlaşmasından sonra genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalarda etirazçılarla güc strukturları nümayəndələri arasında toqquşma da yaşanır və indiyədək 19 nəfərin öldüyü bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki