Azərbaycan Səhiyyəsinə Yeni Töhfə: Dr. Vüqar Ələkbərov öz klinikasını AÇIR

Vüqar Ələkbərov hazırda Azərbaycanın ən populyar, yüksək reytinqli plastik cərrahlarından biridir. Gənc olmasına baxmayaraq əzmkarlığı, zəhməti ilə bu zirvəyə yüksələ bilib. Günlərini, aylarını,illərini elmə, təcrübə mübadiləsinə həsr edib.

Referans Media xəbər verir ki, son vaxtlar plastik, estetik cərrahlarla bağlı xoşagəlməz məqamlar üzə çıxsa da bu sahədə üz ağardan, qürur duyulası milli kadrlarımız da var. Vüqar Ələkbərovun timsalında onları tanımaq, təbliğ etmək lazımdır ki, hər estetik prosedur üçün hər dəfə xaricə üz tutulmasın. Xalq öz içindən çıxan mütəxəssisləri tanıyıb bilməlidir.

Dr. Vüqar Ələkbərov estetik, plastik və rekonstruktiv cərrahiyyə uzmanıdır. 10 ildən çox iş təcrübəsi və 8 mini ötmüş uğurlu əməliyyat tarixçəsi var. O, Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Sonra təhsilini Türkiyədə davam etdirib. Orada plastik, estetik cərrahiyyə üzrə mühüm təcrübə qazanıb. Bu biliyini vaxtaşırı beynəlxalq konfranslarda, tədbirlərdə, ölkə xaricində təkmilləşdirir. Əmək fəailiyyəti Azərbaycanın tanınmış dövlət və özəl klinikalarında keçib. İndi isə artıq öz klinikasını açmaq üzrədir. Bu klinikada müxtəlif plastik, estetik əməliyyatlar keçirilməsi nəzərdə tutulub. Dr Vüqar Ələkbərov bu təşəbbüsü ilə Azərbaycan səhiyyəsinə töhfəsini verərək daha keyfiyyətli tibbi xidmət təklif etmək niyyətindədir. Vüqar həkimin elmi potensialı, iş göstəriciləri onun hansısa xarici ölkənin qabaqcıl klinikasında çalışmağa imkan versə də, iş dəvətləri alsa da doğma yurdu tərk edib heç yerə getmək istəmir. Çünki savadını, biliyini, təcrübəsini ölkəsinə, bizim vətəndaşlara sərf edib öz adını, ölkəmizin adını daha da ucaltmaq istəyir. Buna doğrudan da ehtiyac var. Çünki cərrahiyyənin bu sahəsi respublikamızda hələ o qədər də çox inkişaf etməyib. Ona görə də Vüqar Ələkbərov kimi uğur hekayəsi yazan həkimlərimlə fəxr edib onlara dəstək olmalıyıq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki