Türkiyə millisində sürpriz qərar gözlənilir: Sergen Yalçının planı bəlli oldu

Türkiyə millisində Sergen Yalçın dövrünün başlaması ilə heyətin necə formalaşacağı maraq doğurur. Təcrübəli mütəxəssisin ilk seçimlərindən birinin “Beşiktaş”ın müdafiəçisi Emirhan Topçu olacağı bildirilir.

Referans Media xəbər verir ki, Sergen Yalçın milli komandanın müdafiə xəttini gücləndirmək üçün Emirhan Topçunu əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

“Beşiktaş”ın formasını geyinən müdafiəçi Sergen Yalçının milli komanda üçün planlarında önəmli yer tutur. Mütəxəssis onun müdafiənin mərkəzində əsas oyunçulardan birinə çevrilməsini hədəfləyir.

Emirhan Topçunun həm stoper, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilməsi məşqçilər heyəti üçün əlavə üstünlük sayılır. Bu çoxfunksiyalılıq ona müxtəlif taktiki sxemlərdə istifadə imkanı yaradır.

Beləliklə, Sergen Yalçının Türkiyə millisində heyət quruculuğu zamanı Emirhan Topçuya üstünlük verə biləcəyi bildirilir. Bununla belə, futbolçunun rəsmi heyətə daxil edilməsi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki