Azərbaycanda dəhşətli qəza: Yaralılar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans MEDİA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda hərəkətdə olan "QAZel" markalı mikroavtobus qəfil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan 4 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki