Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (əmək müqaviləsiylə) çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 097 manat 80 qəpik olub.Referans rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın rayon və şəhərləri arasında ən yüksək əməkhaqqı Xankəndi şəhərində verilib.
Bu şəhər üzrə muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əməkhaqqı 1 479 manat 90 qəpik olub. Xankəndidən sonra ən yüksək əməkhaqqı paytaxt Bakıda olub. Bakıda orta aylıq əməkhaqqı 1 375 manat 40 qəpiyə bərabərdir.
Ən aşağı əməkhaqqı isə Qax rayonunda verilib. Qaxda muzdla işləyən şəxslərə verilən orta aylıq nominal əməkhaqqı 574 manat olub.
Şəhər və rayonlarda bu ilin iyul ayının əvvəlində orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Xankəndi şəhəri – 1 479,9 manatBakı şəhəri – 1 375,4 manatDaşkəsən rayonu – 1 131,1 manatAğdərə rayonu – 1 034,0 manatXocalı rayonu – 1 019,8 manatZəngilan rayonu – 989,0 manatŞuşa rayonu – 956,1 manatSumqayıt şəhəri – 942,8 manatGədəbəy rayonu – 928,4 manatNaxçıvan şəhəri – 903,0 manatŞirvan şəhəri – 895,9 manatQubadlı rayonu – 880,6 manatKəngərli rayonu – 820,4 manatQəbələ rayonu – 810,3 manatAbşeron rayonu – 807,9 manatSiyəzən rayonu – 796,9 manatSalyan rayonu – 784,7 manatCəbrayıl rayonu – 782,8 manatŞahbuz rayonu – 779,4 manatQazax rayonu – 766,5 manatGəncə şəhəri – 756,8 manatXocavənd rayonu – 756,6 manatŞamaxı rayonu – 744,1 manatBabək rayonu – 741,7 manatKəlbəcər rayonu – 739,4 manatLaçın rayonu – 739,1 manatCulfa rayonu – 732,0 manatQusar rayonu – 731,4 manatGöygöl rayonu – 727,0 manatHacıqabul rayonu – 726,5 manatKürdəmir rayonu – 726,2 manatŞəmkir rayonu – 726,1 manatMingəçevir şəhəri – 724,3 manatCəlilabad rayonu – 719,9 manatQuba rayonu – 718,6 manatSədərək rayonu – 718,2 manatİmişli rayonu – 715,5 manatBiləsuvar rayonu – 709,2 manatOrdubad rayonu – 708,6 manatXaçmaz rayonu – 705,2 manatAstara rayonu – 703,1 manatLənkəran rayonu – 699,7 manatFüzuli rayonu – 696,4 manatNeftçala rayonu – 695,5 manatŞabran rayonu – 695,3 manatŞəki rayonu – 692,8 manatSamux rayonu – 691,3 manatGoranboy rayonu – 689,9 manatYevlax rayonu – 688,0 manatAğsu rayonu – 682,7 manatQobustan rayonu – 682,4 manatAğdam rayonu – 680,7 manatZərdab rayonu – 680,6 manatUcar rayonu – 675,5 manatBərdə rayonu – 672,3 manatTovuz rayonu – 670,6 manatNaftalan şəhəri – 670,6 manatZaqatala rayonu – 670,0 manatBeyləqan rayonu – 663,5 manatSaatlı rayonu – 661,8 manatGöyçay rayonu – 661,5 manatOğuz rayonu – 655,3 manatLerik rayonu – 654,1 manatYardımlı rayonu – 653,4 manatAğcabədi rayonu – 651,9 manatSabirabad rayonu – 651,5 manatMasallı rayonu – 648,5 manatTərtər rayonu – 648,0 manatİsmayıllı rayonu – 647,6 manatAğdaş rayonu – 634,9 manatXızı rayonu – 631,0 manatAğstafa rayonu – 630,1 manatBalakən rayonu – 617,6 manatQax rayonu – 574,0 manat
(Yeniavaz.com)
