Azərbaycanda kafenin tualetində meyit tapıldı

Siyəzən rayonunda meyit tapılıb. 

Referans Media xəbər verir ki, hadisə Siyəzən şəhərinin ərazisində yerləşən “Şamlıq” kafesində qeydə alınıb. 

Kafenin sanitar qovşağında meyiti aşkar edilən şəxsin Quba rayon sakini, 1947-ci il təvəllüdlü Eldar Tacəddin oğlu Babayev olması müəyyən edilib. 

Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki