57 yaşlı müğənni alt paltarında poz verdi – FOTOLAR

Müğənni, aktrisa, prodüser və biznes-ledi Cennifer Lopez yeni görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Referans Media  xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı ulduz sosial şəbəkə hesabında cəsarətli obrazda çəkilən fotolarını yayımlayıb.

Cennifer Lopez süd rəngli ipək alt paltarı dəstində kamera qarşısına keçib. O, obrazını qara xallı ayaqqabı, kiçik ağ çanta, toxunma baş örtüyü və günəş eynəyi ilə tamamlayıb.

“Şirlər mövsümü davam edir”, – deyə müğənni paylaşımına yazıb. Bununla da o, şir bürcündə olduğuna işarə edib.

Lopezin fotoları izləyicilərinin böyük marağına səbəb olub. Pərəstişkarları müğənninin fiziki formasına və qarın əzələlərinə diqqət çəkərək şərhlərdə ona çoxsaylı təriflər yazıblar.

Дженнифер Лопес / © Instagram Дженнифер Лопес

Дженнифер Лопес / © Instagram Дженнифер Лопес

Дженнифер Лопес / © Instagram Дженнифер Лопес

Дженнифер Лопес / © Instagram Дженнифер Лопес

Дженнифер Лопес / © Instagram Дженнифер Лопес


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki