Tramp: İrana etibar etmirəm

ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinə etibar etmədiyini bəyan edib.

Referans MEDİA xəbər verir ki, Tramp bu açıqlamanı Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Bazasındakı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

"Mən İrana etibar etmirəm. İrana etibar edəcək sonuncu insan mənəm", – deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, Vaşinqton İran məsələsində "çox əlverişli mövqedədir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki