Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib.
Referans Media xəbər verir ki, Redaktor.az-ın əldə etdiyi məlumata görə, bu şöbələrin ləğvi nəticəsində Dövlət Xidmətinin Gəncə şəhər idarəsi yaradılıb.
İdarəyə rəhbərlik isə SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin rəisi Ceyhun Əsədova həvalə edilib.
SHXÇDX-dən sorğuya cavab olaraq məlumatı təsdiqlədilər.
