Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirirbackend

Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

  ANAMA ilə və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

Referans xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X”də bildirib.

Onun sözlərinə görə, anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.

“Azərbaycanlı tərəfdaşlarımıza dəstəyə görə minnətdarıq — birlikdə təhlükəsizlik və ədalətli sülh üçün!”, — diplomat qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki