"Azərişıq"da kadr dəyişikliyi

"Azərişıq" ASC şimal bölgəsinin rayonlarında kadr dəyişikliyi edib.

Referans Media bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, "Azərişıq"ın sədri Vüqar Əhmədovun əmri ilə Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Əliyev Xaçmaz Regional Elektrik Şəbəkəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Xaçmaz Elektrik Şəbəkəsinin rəisi Mahir Məmmədov Qusar Elektrik Şəbəkəsinə rəis, Bakıda "Azərişıq" sistemində işləmiş Fuad Budaqov isə Xaçmaz Elektrik Şəbəkəsinə rəis vəzifəsinə təyinat alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki