Ramiz Mehdiyevin ailəsinə məxsus bankda nə baş verir?

“Bank BTB”nin bank statusunu itirərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi geniş müzakirələrə səbəb olub. İctimaiyyətdə xüsusilə bankın əsas səhmdarlarının sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsi ilə əlaqələndirilməsi diqqət çəkir.

Bəs bu qərar hüquqi və maliyyə baxımından nə deməkdir? Ramiz Mehdiyevin ailəsi bu prosesdən nə itirir?

Referans Media bildir ki, bu barədə Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, söhbət bank olmayan kredit təşkilatlarından gedir:

“Onların lisenziya statusu aşağı salınıb. Bu isə o deməkdir ki, artıq bank kimi fəaliyyət göstərə bilməyəcəklər. Bankların həyata keçirdiyi əməliyyatları icra etmək və bank əməliyyat sistemlərində iştirak etmək hüquqlarını itirəcəklər”.

natiq ceferli real 2

Natiq Cəfərli

İqtisadçı bildirib ki, onlar bununla belə, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı bank olmayan kredit təşkilatlarından biri kimi fəaliyyətlərini davam etdirə biləcəklər:

“Yəni bu qərar onların fəaliyyətinin tam dayandırılması deyil, hüquqi statuslarının bank səviyyəsindən bank olmayan kredit təşkilatı səviyyəsinə endirilməsi deməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki