“Anam bağda, mənim yanımdadır, istirahət edir. Havalar isti keçdiyi üçün onu buraya gətirdik”.
Referans Media xəbər verir ki, Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin qızı Lalə Sənani Musavat.com-a açıqlamasında bildirib ki, isti havalar diktorun təzyiqinə təsir edir:
“Təzyiqi gah düşür, gah qalxır. Ürəyi zəifdir. Çalışır ki, onu səs-küydən qoruyaq. Səhhəti ilə əlaqədar başı səs götürmür. Uzun müddət ünsiyyətdə ola bilmir. Çox danışmaq onu yorur. Anam günün yarısını yatır. Belə olanda toparlana bilir. Təzyiqin oynaması ona çox əziyyət verir”, -deyə Lalə Sənani bildirib.
O qeyd edib ki, diktor yalnız keçmiş günlərdən böyük həvəslə danışır.
Xatırladaq ki, 85 yaşlı Xalq artisti aylar öncə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.
