Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Referans Media -a verilən xəbərə görə, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olmağı tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki