Babək rayonunda ağır qəza: 5 nəfər xəsarət aldı - FOTO

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Changan" və "AZSamand" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar - 1982-ci il təvəllüdlü Qənbərov Mehman Qənbər oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Anar Asəf oğlu, 1988-ci il təvəllüdlü Şirinov Seyhun Əsəd oğlu, 1991-ci il təvəllüdlü Qənbərzadə Nərmin İsmayıl qızı və 1990-cı il təvəllüdlü Qənbərova Nuranə Hidayət qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki