Rusiyada DƏHŞƏT: Müəllim və üç uşağı YANDI

Rusiyanın Salekhard şəhərində baş verən yanğın faciə ilə nəticələnib. İncəsənət məktəbinin müəllimi Polina Geraskina və onun üç övladı evdə baş verən yanğın nəticəsində həlak olub.

Referans Media xəbər verir ki, bu barədə Salekhard meriyasının mətbuat xidməti məlumat yayıb.

Hazırda ailənin atası ağır vəziyyətdədir və həkimlər onun həyatını xilas etməyə çalışırlar. Təcili yardım və yanğınsöndürmə xidmətlərinin hadisə yerində işi davam edir.

Şəhərin meri Aleksey Titovski faciə ilə əlaqədar ailəyə və yaxınlarına başsağlığı verib. O, həmçinin bu çətin günlərdə ailəyə bütün zəruri yardımın göstəriləcəyini bildirib./Ajans.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki