Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Sankt-Peterburq sakini yaralanıb.
Referans Media xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, yaralanan qadın xəstəxanaya yerləşdirilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya hava hücumundan müdafiə sistemləri noyabrın 27-nə keçən gecə ölkənin bəzi əraziləri üzərində 318 Ukrayna PUA-sını vurub./"Unikal"/
