image-nocomment_8564b5af39cdab93f0f675e6f10a5666_mkg8bl2q40f9a16noetw-640x336backend

Bahar Muradova kimin gəlinidir? — Baldızı da əməkdar artistdir

Mühüm vəzifə tutan şəxslər barədə maraqlı faktlar… Bu dəfə bəhs edəcəyimiz şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə bağlıdır.

Referans Media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevir şəhərinin ilk sakinlərindən və qurucularından hesab olunan Şahvələd İsmayıl oğlu Quliyevin gəlinidir.

Məlumata əsasən, Şahvələd Quliyev 1912-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub.

O, sonradan Mingəçevir şəhərinə köçərək burada müxtəlif məsul vəzifələrdə çalışıb və şəhərin formalaşması, inkişafı prosesində fəal iştirak edib. Bu səbəbdən o, Mingəçevirin ilk sakinlərindən və qurucularından biri kimi xatırlanır.

Şahvələd Quliyev 1991-ci ildə vəfat edib və Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn olunub. 

shelalequliyeva_1773334820.jpg (127 KB)

Şahvələd Quliyevin ailəsi də ölkənin ictimai-mədəni həyatında tanınan simalar yetişdirib. Onun qızı, Azərbaycan teatr səhnəsində tanınmış aktrisa Şəlalə Quliyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir və 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, Bahar Muradova Azərbaycan siyasətində uzun illər fəaliyyət göstərib. O, 2005–2019-cu illərdə Milli Məclisin sədr müavini olub, 2020-ci ildən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir.//Oxu24.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki