“Fənərbaxça”da şok qərar: İsmail Kartal getdi, yerinə 3 namizəd var

“Qalatasaray”la derbidə 1:2 hesablı məğlubiyyətdən sonra “Fənərbaxça”da baş məşqçi İsmail Kartalla yollar ayrılıb. Türkiyə mətbuatında yayılan iddialara görə, İstanbul təmsilçisinin yeni baş məşqçi postu üçün üç namizədi gündəmdədir.

Referans Media xəbər verir ki, “Qalatasaray”a məğlubiyyətdən sonra İsmail Kartal istefa vermək qərarına gəlib. Məsələni müzakirə edən klub rəhbərliyi daha sonra prezident Aziz Yıldırım və futbol bölməsinin rəhbəri Cihan Kamer vasitəsilə təcrübəli mütəxəssislə görüş keçirib. Görüşdən sonra istefa qəbul edilib və tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

Klubun açıqlamasında bildirilib: “Peşəkar futbol üzrə əsas komandamızın baş məşqçisi vəzifəsini icra edən cənab İsmail Kartal rəhbərliyimizə vəzifəsindən ayrılmaq qərarını çatdırıb. Aparılan müzakirələrdən sonra qarşılıqlı razılıq əsasında yollarımız ayrılıb”.

İsmail Kartalın yerinə kim gələcək?

İsmail Kartalın ayrılmasından sonra “Fənərbaxça”da yeni baş məşqçinin kim olacağı müzakirə mövzusuna çevrilib. Türkiyə mətbuatında yayılan iddialara əsasən, İstanbul klubunun nəzərdən keçirə biləcəyi üç namizəd var.

Bunlar Türkiyə millisinin sabiq baş məşqçisi Vinçentso Montella, italiyalı mütəxəssis Antonio Konte və türkiyəli məşqçi Volkan Demireldir.

Hələlik bu adlarla bağlı rəsmi təyinat açıqlanmayıb. Yeni baş məşqçinin kim olacağı ilə bağlı qərarın klub rəhbərliyinin seçimindən asılı olduğu bildirilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki