Bu barədə Referans Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, NFC ödənişlərin tətbiq olunduğu ilk iki ay ərzində bu üsulla ümumilikdə 7 milyon 233 min 200 sərnişin keçidi qeydə alınıb.
Noyabr ayı ilə müqayisədə NFC ödənişlərin sayında 134,11 % artım müşahidə olunub.
Qeyd edək ki, Bakı metrosunda NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ilin 1 noyabr tarixindən başlanılıb. Hazırda metrodan keçid zamanı NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş etmək mümkündür.























