Referans Media xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
O bildirib ki, bu proses 100 minə qədər binanı əhatə edəcək:
“Çox böyük söküntü prosesi baş verəcək və həmin söküntü prosesi təkcə yeni binaların tikilməsi ilə deyil, eyni zamanda parkların salınması, abadlıq işlərinin görülməsi, infrastrukturun daha da yüksək səviyyəyə qaldırılması ilə nəticələnəcək. Ümumi planlar var, hansının daha tez baş verəcəyini söyləmək çətindir”.



















