Əfqanıstanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Referans Media xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) zəlzələnin episentrinin ölkənin Jurm bölgəsi olduğunu açıqlayıb.
Məlumatda zəlzələ ocağının 208 kilometr dərinlikdə olduğu qeyd edilib.
Hələ ki, insan tələfatı və dağıntılarla bağlı məlumat verilməyib.
