Devid Bekhemin oğlu Romeo, Paris Dəb Həftəsində "Willy Chavarria x UGG" markasının nümayişində podiuma çıxıb.
Referans Media xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Romeo Bekhem podiumda bədəninin ön hissəsini açıq qoyan mavi köynək, qara bermuda şortu və hündür uqqi (UGG) ayaqqabılarında boy göstərib. Onun saçları isə dibindən həcmli şəkildə formaya salınıb.
Romeonun anası Viktoriya Bekhem sosial şəbəkələrdəki şərhlərdə «Səninlə fəxr edirəm, Romeo!» yazaraq oğluna dəstəyini ifadə edib.
