image-gilas-alcabackend

Bakıda alça və gilasın niyə fantastik qiymətə satıldığı bilindi – İnanılmaz SƏBƏB

Mövsümi olmayan meyvələrin satış qiyməti müzakirələrə səbəb olub. Belə ki, marketlərdə alçanın kilosu 148, gilasın kilosu isə 238 manata təklif edilir.

Bu məhsulların belə baha satılmasının səbəbi nədir?

Referans Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, mövsümi olmayan meyvələrin bazarda fantastik qiymətə satılmasının səbəbləri müxtəlifdir:

“Bu, birbaşa istehsal xərcləri ilə bağlı deyil. Fantastik qiymətin əsas səbəblərindən biri alıcı davranışıdır. Mövsümi olmamasına və qiymətindən asılı olmayaraq bu məhsulları alanlar var. Digər səbəb satış strategiyası ilə bağlıdır. Bu məhsullar adətən 1 kiloqramla deyil, 100-125 qramlıq kiçik plastik qablaşdırmalarda satılır. Bu zaman məbləğ daha kiçik görünür və alıcı həmin anda qərar verərək məhsulu alır”.

İqtisadçı bildirib ki, əsas səbəblərdən biri də alıcının sosial şəbəkələrdə “şöhrətpərəstlik” və ya imkanlı görünmək istəyidir:

“Sosial şəbəkələrdə tez-tez dəbdəbəli süfrələr, qeyri-adi qablar və bahalı məhsulların nümayişi paylaşılır. Bu da “bahalı məhsul mənim evimdə də var” düşüncəsini formalaşdırır. Bu cür meyvələrin baha olmasının səbəbi yalnız istehsal xərci deyil. Məhsulun yığımı üçün sahibkar gündəlik 20-25 manat əməkhaqqı ödəyir, əlavə olaraq qablaşdırma, daşınma, gübrə və digər xərclər də var. Lakin bu xərclər məhsulun kiloqramının 150-250 manata satılmasına əsas vermir. Sahibkarlar, mağaza rəhbərləri sadaladığım səbəbləri bilir və bu da onlara məhsulu yüksək qiymətə satmaları üçün fürsət yaradır. Əgər alıcı olmasa və məhsul vitrində qalıb zibilə atılsa, bu qiymətə təklif olunmaz. Hətta məhsul zibilə atılsa belə əvvəlki satışlardan maya dəyəri və xalis gəlir artıq çıxarılmış olur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki