Bakıda avtobuslarla rekord sayda sərnişin daşınıb

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub.

Referans Media bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, sentyabrın 15-də Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb.

Bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 300 000 sərnişin (+18%) artım deməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki