Bakıda DƏHŞƏT: Daha bir kişi binadan yıxılıb öldü

Bakıda daha bir kişi binadan yıxılıb.

 Referans Media xəbər verir ki, hadisə bir neçə saat əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

67 yaşlı Məhəmmədov Fəxrəddin Nəcəfəli oğlu binanın 6-cı mərtəbəsində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün paytaxtın Suraxanı rayonunda da 82 yaşlı kişinin binadan yıxılaraq, ölməsi barədə xəbər vermişdik./Lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki