Bakıda qadın faciəli şəkildə öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Referans Media xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
 
Belə ki, Elnur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.
 
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki