Valideynlərə ŞAD XƏBƏR: Bu gündən başladı - Dövlət 350 manat ödəyəcək

Bu gün məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır.


Referans Media xəbər verir ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına bu gün saat 15:00-dan başlanılır.

Valideynlər övladlarını mygov platforması vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, proses 25 sentyabr saat 15:00-dək davam edəcək.

Məlumat üçün bildirək ki, valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilmiş Bakı şəhərindəki bağçalarda təhsilhaqqının 350, regionlardakı bağçalarda isə 250 manata qədərini dövlət ödəyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki