Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Referans Media xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
