İsmayıllıda avtomobil aşaraq yandı: ölən və xəsarət alan var – FOTOLAR

İsmayıllıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Referans Media “Report”a istinadla xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində, Topçu kəndində qeydə alınıb.

Belə ki, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü və avtomobildəki sərnişinin (qadın) meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

2ecuA3Sr5GTACvBX0uhoRedggpn97SywwLXhYvcp 1200CsMOesjvTT73AWwJ549Eq90CMIDo3VguyDhOGCTn 1200OdqeHB9ueKDq1WZEbwNy7yV7gM4ot2BZfdL1aYa1 1200Uo1JeeeFhEKvT087SPdsdaf9WjaivGMGGmnVQCu2 1200

 

 
 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki