Metronun “28 May” stansiyasının qarşısında qadını skuter vurub. Skuter sürücüsü hadisə yerindən yayınıb.
Referans Media Oxu.az-a istinadla xəbər verir ki, qadın hadisə nəticəsində huşunu itirib.
Hazırda hadisə yerindən yayınan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və tapılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.























