image-1764517816_sokuntu_ekskavator_2024abackend

Bakının bu ərazilərində yaşayanların NƏZƏRİNƏ: Evlər söküləcək, əhali isə…

Bakıda sovet dövründən qalma “Xruşovka” tipli yaşayış binalarının taleyi son illər müzakirələrin əsas mövzularından birinə çevrilib. Paytaxtın müxtəlif rayonlarında – xüsusilə Yasamal, Nərimanov və Nizami ərazilərində geniş yayılmış bu tikililərin texniki vəziyyəti, istismar müddətinin başa çatması və müasir standartlara cavab verməməsi onların sökülməsi məsələsini aktuallaşdırır. Bəs bu prosesin qısa müddətdə və kütləvi şəkildə həyata keçirilməsi nə dərəcədə realdır?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Xruşovkaların tam şəkildə və qısa müddətdə sökülməsi mümkün deyil və proses yalnız mərhələli qaydada həyata keçiriləcək.

“İlk mərhələdə 1960–1980-ci illərdə tikilmiş, əsasən 5 mərtəbəli və artıq istismar müddətini başa vurmuş binaların seçmə şəkildə sökülməsi nəzərdə tutulur. Bu tikililərin bir anda ləğvi həm maliyyə, həm də sosial baxımdan ciddi problemlər yarada bilər.
Birdən-birə bütün Xruşovkaların sökülməsi mümkün deyil. Bu, böyük ajiotaj yaradar. Nə investorların imkanları, nə də dövlət büdcəsi belə genişmiqyaslı prosesi eyni anda qarşılaya bilər. Üstəlik, yüz minlərlə sakinin köçürülməsi məsələsi ortaya çıxar ki, bu da ciddi sosial çətinliklərə səbəb olar”.

V.Oruc əlavə edib ki, belə bir yenilənmə prosesi şəhərsalma siyasəti ilə uzlaşdırılmalı, Bakının Baş planına uyğun şəkildə həyata keçirilməlidir.
“İlkin mərhələdə daha köhnə – xüsusilə 1960-cı illərdə tikilmiş binalar prioritet təşkil edəcək, sonrakı mərhələlərdə isə nisbətən yeni Xruşovkalar söküləcək.
Bu prosesin tam yekunlaşması uzunmüddətli perspektiv tələb edir. Ümumilikdə Xruşovkaların mərhələli şəkildə sökülməsi və yenilənməsi təxminən 15-20 il çəkə bilər”.

Qeyd edək ki, mütəxəssis bu tip binaların artıq müasir komfort standartlarına cavab vermədiyini, həmçinin seysmik dayanıqlılıq baxımından riskli hesab olunduğunu bildirir. Bu səbəbdən də paytaxtın yenilənməsi planları çərçivəsində onların mərhələli şəkildə əvəzlənməsi qaçılmaz sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki