Bakının bu rayonu qaranlığa qərq oldu

Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib.

Referans Media  xəbər verir ki, bu barədə Bakupost.az-a sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb.

Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki