Xəbər verdiyimiz kimi Naxçıvan Müəllimlər İnstitutu yeni tədris ilində bakalavr və magistr səviyyələri üzrə tələbə qəbulu aparmayacaq. Bu isə təhsil müəssisəsinin akkreditasiyası ilə bağlı sual doğurub.
Mövzu ilə bağlı Referans Media-nın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, Nazirliyin 30 aprel 2019-cu il tarixli 232 nömrəli əmri ilə Naxçıvan Müəllimlər İnstitutu dövlət ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə akkreditasiya olunub (2019–2024-cü illər).
"Növbəti akkreditasiyanın keçirilməsi qrafikdəki ardıcıllığa uyğun olaraq gələcək illər üçün planlaşdırılır", - məlumatda bildirilib.
