Bank əməkdaşı adı ilə dələduzluq – 13 min manatı ələ keçirdi

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Daxili İşlər Nazirliyindən Referans Media-ya  verilən məlumata görə, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki