Bayram günü güclü maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Günəş partlamaları və koronal dəlikdən qaynaqlanan güclü G3 maqnit fırtınası Yerə yaxınlaşır. Geomaqnit aktivliyi yaxın günlərdə pik həddə çatacaq.

Referans Media Lent.az-a  istinadən bildirir ki, Britaniya Geoloji Xidməti bu barədə xəbərdarlıq edib.

Mütəxəssislərin fikrincə, martın 16-da Günəşdə tac kütləsinin atılması baş verib və bu, tezliklə Yerə çatacaq.

“Qısamüddətli G3 qasıra dövrlərinin ehtimalı ilə geomaqnit aktivliyində əhəmiyyətli artım gözlənilir”, – ekspertlər xəbərdarlıq ediblər.

Bundan əlavə, martın 17-si səhəri daha bir M sinifli (orta səviyyəli) Günəş partlayışı qeydə alınıb. Onun emissiyası geomaqnit aktivliyinin daha da artmasına da səbəb olacaq.

Günəşdə koronal dəliyin təsiri səbəbindən martın 18 və 19-da  aktivliyin artması gözlənilir. Bu arada, martın 19-20-də Yer kürəsinə güclü maqnit qasırğası vuracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki