Antalya Valiliyi ətraf mühitin çirklənməsi ilə mübarizə çərçivəsində Türkiyədə ilk dəfə olaraq bəzi çimərliklərdə siqaret istifadəsinə qadağa tətbiq edib.
Referans Media xəbər verir ki, qərar bugündən etibarən Lara, Belek, Çamyuva və Beach Park çimərliklərində qüvvəyə minəcək.
Məlumata görə, tətbiqin məqsədi həm çimərlikdə istirahət edənləri passiv siqaret tüstüsündən qorumaq, həm də dənizlərin siqaret kötükləri ilə çirklənməsinin qarşısını almaqdır./Musavat.com
