image-yemek-qabibackend

Bu, axşam yeməyindən sonra həzm problemlərini azalda bilər

Həzmlə bağlı problemləri azaltmaq üçün axşam yeməyinin sonunda tətbiq edilən sadə bir vərdiş olduqca faydalı hesab olunur.

 

Referans Media  xəbər verir ki, bu barədə diyetoloq Oskar Urtado “El Economista” nəşrinə açıqlamasında məlumat verib. Mütəxəssisin sözlərinə görə, mədə-bağırsaq problemlərindən əziyyət çəkən şəxslər axşam yeməyindən sonra darçınla bişmiş alma istehlak etməlidirlər.

 

O bildirib ki, alma yüksək miqdarda pektinlə zəngindir və bu maddə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Həkim əlavə edib ki, pektin zərərli bakteriyalar üçün “tələ” rolunu oynayır, bakteriyalar ona yapışaraq daha sonra orqanizmdən xaric olunur. Bundan başqa, bişmiş alma antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi sərbəst radikalların təsirindən qoruyur və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki