Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi – Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşımı ilə diqqət çəkib.
Referans Media xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini yayımlayıb. O, təbii, makiyajsız, təbii halı ilə diqqət çəkib. Müğənninin paylaşlımı marağa səbəb olub. Onun görünüşünə təriflər yağdırıblar.
Qeyd edək ki, Almaxanım Murad adlı şəxslə ailə qurub. Bu evlilikdən əkiz övladları var.


























