Bu gün ölkədə qısa iş GÜNÜDÜR

Bu gün Azərbaycanda qısa iş günüdür. 

Referans Media xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır.

Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki