Bu il əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

  Bu ilin 9 ayında Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 570 nikah bağlanıb.

Referans.az  xəbər verir ki, bu barədə “Report.az”a Ədliyyə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, onlardan 858-i Azərbaycan vətəndaşı olan kişi, 712-si isə qadındır.

Məlumata görə, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan vətəndaşları ilə nikah bağlanıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki