image-unikovnbackend

Uitkoffdan Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan və Ermənistanın cəmi 6 həftə ərzində sülh razılığına gəldiyini bəyan edib.

Referans Media  xəbər verir ki, o, bu barədə Mayami Universitetində keçirilən illik “Real Estate Impact” konfransındakı çıxışı zamanı məlumat verib.

Uitkoff çıxışında tərəflər arasındakı münasibətlərin müsbət məcrada dəyişdiyini vurğulayıb:

“Biz bu sazişi altı həftəyə bağladıq. Onlar 37 il idi ki, müharibə edirdilər, indi isə ən yaxın dostdurlar. Yeri gəlmişkən, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti Əliyev artıq yaxşı dostdurlar – prezident Tramp onları bir-birinə yaxınlaşdırdı. Bu, kifayət qədər diqqətəlayiq bir hadisədir”.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar./Musavat.com

Attachment


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki