Bu Universitetə 17 milyon ayrılıb

2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb.

 Referans Media   xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

 Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

 Qanun layihəsinə əsasən, ötən il "Azərbaycan-Türkiyə birgə Universiteti"nin fəaliyyətinin təmin edilməsi üçün isə büdcədən 3,7 milyon manat ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki