Bu yerlər gecə yağışın altında qaldı – Hava ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Ölkə ərazisində oktyabrın 6-da səhər saatlarında bəzi rayonlarda yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntının miqdarı bir neçə millimetrə çatıb.


Bu barədə Referans Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin oktyabrın 6-sı saat 09:00-a olan məlumatına görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin gecə və səhər saatlarında bəzi şərq rayonlarında arabir yağış yağıb.

Ən çox yağıntı Astarada qeydə alınıb – 7 mm. Cəlilabad, Lənkəran və Lerikdə 5 mm, Salyan və Neftçalada 2 mm, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, həmçinin Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək yağıntı düşüb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki