Gənclər üçün aqrar sahədə yeni imkanlar yaradılır

"Sektora birbaşa təsir göstərmək və nəticələri qısa müddətdə görmək mümkündür. Çünki aqrar sahədə təcrübə imkanları və sınaq üçün geniş şərait mövcuddur".

Referans Media  xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu" hesabat tədbirində Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.

Onun sözlərinə görə, gənclər aqrar sektorda startaplarını və innovativ ideyalarını biznesə çevirmək üçün fəal iştirak etməlidirlər:

"Bu istiqamətdə dövlət tərəfindən geniş imkanlar yaradılır. Azərbaycan aqrar sektorda subsidiyaların əhatə dairəsinin geniş olduğu ölkələr sırasındadır. Özəl sektor və kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu subsidiyalardan faydalanırlar. Eyni zamanda, yenilik olaraq süni intellekt proqramları və həlləri aqrar sektorda tətbiq edilir. Bu texnologiyalar fermerlərin və sahibkarların fəaliyyətini asanlaşdırmaqla yanaşı, onların işinin keyfiyyətini və məhsuldarlığını artırır"/Demokrat.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki