Bura bizim xüsusi mülkiyyətimizdir – İrandan Hörmüzlə bağlı qərar

İran hökuməti strateji əhəmiyyətə malik olan Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırır.

Referans Media  xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani “RİA Novosti”yə müsahibəsində bildirib.

Mohacerani boğazın İran üçün geosiyasi rıçaq olduğunu xüsusi vurğulayıb: “Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Müxtəlif ölkələrlə qarşılıqlı əlaqə vasitəsi və təsir rıçaqı kimi istifadə edilən hər bir mülkiyyət kimi, bura üçün də xüsusi rejim işlənib hazırlanmalıdır”.

Hökumət rəsmisi, həmçinin qeyd edib ki, rəsmi Tehran Hörmüz boğazı üzərindəki suverenlik məsələsində milli maraqlarını qorumaq üçün bütün zəruri vasitələrdən istifadə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki